Bu gün UEFA Konfrans Liqasının 1/4 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, 4 görüşün hamısı bir gündə keçirilib.
Günün ilk matçında “Rayo Valyekano” Yunanıstan təmsilçisi AEK ilə üz-üzə gəlib. Meydan sahibləri rəqibinə şans tanımayıb.
Ukrayna “Şaxtyor”u “AZ Alkmar”ı, “Kristal Pelas” “Fiorentina”nı, “Maynts” isə “Strasburq”u məğlub edib.
1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.
UEFA Konfrans Liqası
1/4 final, ilk oyunlar
9 aprel
Rayo Valyekano (İspaniya) – AEK (Yunanıstan) 3:0
Şaxtyor Donetsk (Ukrayna) – AZ Alkmar (Niderland) 3:0
Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya) 3:0
Maynts (Almaniya) – Strasburq (Fransa) 2:0