AZ

UEFA-dan "Barselona" - "Atletiko" matçının hakiminə sərt cəza

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" - "Atletiko" (0:2) ilk oyununun hakimi İştvan Kovaçı cəzalandırıb.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Qurum referini cari mövsümün sonuna qədər kənarlaşdırmaq qərarına gəlib.

UEFA rumıniyalı hakimin oyunda bir neçə səhvini qeydə alıb.

Kovaç 2026-cı il dünya çempionatında hakimlik edəcək. Onun adı FİFA siyahısında yer alıb.

"Barselona" daha əvvəl hakimlik və VAR ilə bağlı UEFA-ya şikayət etdiyini açıqlamışdı. Xüsusilə, Kataloniya təmsilçisi matçın 54-cü dəqiqəsində rəqib oyunçunun cərimə meydançasında topa əl ilə toxunması, lakin penalti təyin edilməməsi ilə bağlı hadisəni vurğulamışdı.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr