AZ

Ramzan Kadırov İranı həm dəstəkləyir, həm də ittiham edir PAYLAŞIM

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Çeçenistan başçısı Ramzan Kadırov öz sosial media hesabında İrandakı müharibə barədə paylaşım edib. R.Kadırov paylaşımında qeyd edib ki, o ABŞ və İsrailin hücumları fonunda İranı dəstəkləyir, lakin rəsmi Tehranın ərəb ölkələrinə hücumunun əleyhinədir.

"Şübhəsiz ki, mən şəxsən İranı dəstəkləyirəm, bir "amma" ilə - İranın Ərəb (Fars) körfəzi ölkələrindəki mülki hədəflərə və mülki infrastrukturlara zərbələrini dəstəkləmirəm. Mən BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman əl-Səudla qardaşlıq münasibətlərindəyəm. Bu və digər üçüncü ölkələrdəki mülki şəxslərin münaqişənin günahsız qurbanlarına çevrilməsini görməkdən çox məyus oluram",- deyə Kadırov əlavə edib.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
sia.az

2Mənbələr