AZ

Ekvador Kolumbiyadan idxal edilən mallara rüsumları 100 % artıracaq

Ekvador sərhəd bölgəsindəki təhlükəsizlik problemləri səbəbindən Kolumbiyadan idxal edilən mallara rüsumları 50 %-dən 100 %-ə artıracaq.

"Far.Az"un xəbərinə görə, bu barədə Ekvadorun İstehsalat, Xarici Ticarət və İnvestisiya Nazirliyi məlumat verib.

"Kolumbiya tərəfindən sərhəd təhlükəsizliyini təmin etmək üçün konkret və effektiv tədbirlərin olmaması səbəbindən Ekvador suveren tədbirlər görməyə məcburdur. Mayın 1-dən etibarən Kolumbiyadan idxal edilən mallara təhlükəsizlik rüsumunun 50 %-dən 100%-ə qədər artırılması qüvvəyə minəcək", - bəyanatda deyilir.

Qeyd olunur ki, Ekvador Prezidenti Daniel Noboa əvvəllər qonşu ölkəni sərhəd bölgələrində fəaliyyət göstərən cinayətkar qruplarla kifayət qədər mübarizə aparmamaqda ittiham edərək, Kolumbiyadan idxala 30 % rüsumun tətbiq olunduğunu bildirib.

Kolumbiya daha sonra cavab tədbirləri tətbiq edib və bu da Ekvadoru 1 martdan etibarən rüsumları 50 %-ə qaldırmağa vadar edib.

Seçilən
26
1
far.az

2Mənbələr