AZ

“Qalatasaray”ın istədiyi Çalhanoğlu qərarını verdi

"İnter" rəhbərliyi və məşqçi heyəti Hakan Çalhanoğlu ilə bağlı qərarını verib. Metbuat.az xəbər verir ki, klub futbolçu ilə yeni müqavilə imzalamaqda maraqlıdır. İtaliyanın "La Gazzetta dello Sport" qəzetində yer alan xəbərə görə, klub rəhbərliyi təcrübəli yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçib. Bildirilir ki, xüsusilə baş məşqçi Kristian Çivu Hakan Çalhanoğlunun komandada qalmasını istəyir və bu barədə rəhbərliyə hesabat təqdim edib. Bildirilir ki, Hakan Çalhanoğlu da rəhbərliyə klubda davam etmək istədiyini bildirib.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"də 27 oyunda 10 dəfə fərqlənib və 5 məhsuldar ötürmə edib. “Qalatasaray” klubunun futbolçunun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.

Seçilən
2
4
metbuat.az

5Mənbələr