AZ

Xəzərdə ardıcıl TƏKANLAR Dağıdıcı zəlzələ gözlənilir?

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər Xəzər dənizində baş verən zəlzələlərin sayı artıb. Bunlardan ən güclüsü ötən gün qeydə alınıb. Belə ki, yerli vaxtla 13:05-də baş verən zəlzələnin maqnitudası 5,3 olub.Qeyd edək ki, 2000-ci ildə Bakı şəhərində baş verən 6,8 bal gücündə zəlzələnin episentri də Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi.Bəs, Xəzər dənizindəki zəlzələlərin artmasının səbəbi nədir? Yenə, 2000-ci ildəki zəlzələ təkrarlana bilərmi?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib ki, son günlər baş verən zəlzələlərin dərinliyi 2000-ci ildəki zəlzələ dərinliyindən fərqlənir:“Mütəmadi olaraq Xəzərdə zəlzələ baş verir. Müəyyən sıxılmalar və genişlənmələr gedir. Arada orta güclüsü də, zəifi də olur. Yanvar ayından bu günə qədəri tək Azərbaycan hüdudlarında 3 mindən çox zəlzələ baş verib. Dünənki zəlzələ 70 km dərinlikdə baş verib. 2000-ci ildə baş verən zəlzələnin episentri isə dərində olduğundan daha çox hiss olunmuşdu. Yəni, son günlər Xəzərdə baş verən zəlzələlər 2000-ci ildəki dağıntını yaradacaq episentrdə yerləşmir”.Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr