AZ

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu 2026-cı il üzrə 2%, 2027-ci ildə isə 1,8% müəyyən edib...

Poliqon xəbər verir ki, bu barədə Bankın hesabatında bildirilib.

Qeyd edilib ki, əvvəlki illə müqayisədə artım tempinin yavaşlaması neft hasilatının azalması fonunda baş verəcək.

AİB ölkədə aqrar sektorun 2026-cı ildə 1,4 %, 2027-ci ildə isə 1%, sənaye istehsalının isə müvafiq olaraq 0,2 % və 0,1 % səviyyəsində artacağını proqnozlaşdırıb.

"Dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2 %, 2027-ci ildə isə 2,1 % olacağı gözlənilir. 2026-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər ÜDM-in 9,3 %-i təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərcləri ÜDM-in 30,3 %-i təşkil edəcək ki, bunun da 10,2 %-i dövlət əsaslı vəsait qoyuluşlarının payına düşəcək", - AİB əlavə edib.

Asiya İnkişaf Bankına görə, Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7%, 2027-ci ildə isə 4,9 % təşkil edəcəyini proqnozlaşdırıb.

Bank ötən ilin sentyabr ayındakı proqnozuna nisbətən 2026-cı il üzrə qiymətləndirmələri 2,2 faiz bəndi artırıb. 2027-ci il üzrə təqdim edilən proqnoz isə yenidir.

AİB əlavə edib ki, 2026-cı ildə qlobal karbohidrogen qiymətlərinin yüksək qalması səbəbindən idxal xərclərinin artması fonunda inflyasiyanın yüksələcəyi, 2027-ci ildə isə yenidən azalacağı proqnozlaşdırılır.

Poliqon.info

Seçilən
5
4
poliqon.info

5Mənbələr