AZ

Anqola millisində yeni baş məşqçi

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aliu Sisse Anqola millisinin yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 

50 yaşlı mütəxəssis "qara antiloplar"la iki illik müqavilə imzalayıb. Sözləşməyə əsasən tərəflər anlaşmanı daha bir il uzada bilər. 

Sissenin sonuncu iş yeri Liviya millisi olub. Bundan əvvəl Aliu Seneqal yığmasının "sükanı arxasında" olub. Komanda onun rəhbərliyi altında 2018 və 2022-ci ildə dünya çempionatına qatılıb. 2019-cu il Afrika Millətlər Kubokunda ikinci yeri tutub. 2021-də isə turnirin qalibi olub.

Qeyd edək ki, Anqola milli komandası DÇ-2026-ya vəsiqə qazana bilməyib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
sport24.az

1Mənbələr