AZ

İsrailli nazir sərhədlərin qonşu dövlətlər hesabına genişləndirilməsinə çağırdı

İsrailin maliyyə naziri Bezalel Smotriç yəhudi dövlətinin sərhədlərinin Qəzza, Livan və Suriyanı əhatə edəcək şəkildə genişləndirilməsinə çağırıb.

"Yeni Sabah" Ynet-ə istinadla xəbər verir ki, o, çıxışı zamanı qeyd edib:

"Qəzzada sərhədlərimizi genişləndirəcək siyasi bir addım olacaq, Livanda sərhədlərimizi Litani çayına qədər genişləndirəcək qətiyyətli bir siyasi addım olacaq və Suriyada, ən azı ərazilərin ilhaqı ilə Hermon dağının zirvəsinə qədər".

Yeri gəlmişkən, Baş nazir Benyamin Netanyahu İsrail kabinetinə Livanla birbaşa danışıqlara başlamağı tapşırdı. Danışıqlar gələn həftənin əvvəlində başlaya bilər. Dialoqun əsas məqsədlərinin Livan "Hizbullah" qrupunun tərksilah edilməsi və iki ölkə arasında sülhün bərqərar olması olduğu bildirilir.


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr