AZ

İran rəsmən açıqladı: Atəşkəsdən sonra heç bir ölkəyə zərbə endirilməyib

İran tərəfi atəşkəsdən sonra hər hansı hərbi əməliyyat həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Editor.az xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusu atəşkəsdən sonra guya raket və pilotsuz uçuş aparatları ilə hücumlar edildiyi barədə yayılan xəbərləri təkzib edib və bildirib ki, belə bir hal baş verərsə, bu, rəsmi şəkildə ictimaiyyətə açıqlanar.

Qurumun yaydığı bəyanatda qeyd olunur ki, Basra körfəzinin cənub sahillərində yerləşən bəzi ölkələrin obyektlərinə qarşı hücumlarla bağlı məlumatlar həqiqəti əks etdirmir.

Açıqlamada vurğulanır ki, İran Silahlı Qüvvələri atəşkəs qüvvəyə mindiyi andan etibarən indiyədək heç bir ölkəyə qarşı hər hansı zərbə endirməyib. Bildirilir ki, əgər bu cür hadisələr həqiqətən baş veribsə, onların arxasında “sionist qüvvələr” və ya ABŞ dayana bilər.

Eyni zamanda qeyd olunur ki, İran Silahlı Qüvvələri tərəfindən hər hansı hədəfə zərbə endirildiyi təqdirdə, bu barədə mütləq rəsmi açıqlama veriləcək. Rəsmi mənbələrdə təsdiqini tapmayan heç bir məlumatın İran İslam Respublikası ilə əlaqəsi olmadığı xüsusi vurğulanıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr