AZ

Misir və Kipr arasında qaz tədarükü üzrə 15 illik saziş imzalanıb

Kiprin “Afrodita” dəniz qaz yatağı üzrə Misir tərəfi ilə təbii qaz tədarükü haqqında saziş imzalanıb. Saziş 15 il qüvvədə olacaq və tərəflərin razılığı ilə daha 5 il müddətinə uzadıla bilər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sənədə əsasən, yataqdan çıxarılacaq bütün qaz həcmlərinin Misirin “EGAS” şirkətinə satılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən ay Misir və Kipr arasında qaz sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi də imzalanıb.

 

Seçilən
15
2
azerbaijan-news.az

3Mənbələr