AZ

UEFA "Barselona" - "Atletiko" oyununun baş hakimini ÇL-dən uzaqlaşdırdı

UEFA rumıniyalı hakim İştvan Kovaçın cari mövsümün sonuna qədər Çempionlar Liqasından uzaqlaşdırılması barədə qərar qəbul edib.

Fanat.Az xəbər verir ki, buna səbəb "Barselona" ilə "Atletiko Madrid" arasında keçirilən dörddəbir final matçında hakimin etdiyi bir neçə ciddi səhv olub. 

Bu barədə "Sport.es" məlumat yayıb.

"Barselona" 0:2 hesabı ilə uduzduğu matçdan sonra hakimlik və VAR sisteminin fəaliyyəti ilə bağlı UEFA-ya rəsmi şikayət etmişdi. Klub xüsusilə 54-cü dəqiqədə "Atletiko"nun oyunçusunun öz cərimə meydançasında əli ilə oynadığı, lakin penalti təyin olunmadığı epizoddan narazı idi. 

UEFA-nın sanksiyalarına baxmayaraq, Kovaç FİFA-nın hakimlər siyahısında qalacaq. O, DÇ-2026-da iş başında olacaq.
 

Seçilən
1
fanat.az

1Mənbələr