AZ

Perinatal Mərkəzdən təxliyə edilənlərin son vəziyyəti açıqlandı

Respublika Perinatal Mərkəzdən 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş Yeni Klinikaya təxliyə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Klinikanın Pediatiriya şöbəsinin müdiri uzman həkim Əkbər Quliyev deyib.

O qeyd edib ki, təxliyə edilən andan təyinatlı heyət səfərbər olunub, müdaxilələr edilib.

"Xəstələrin vəziyyəti normaldır. Onların perinatal mərkəzdəki həkimləri ilə koordinasiyalı iş qurulub", - deyə əlavə edilib.


Müəllif: Teleqraf.com
Seçilən
61
4
teleqraf.com

3Mənbələr