“Taxt oyunları” (“Game of Thrones” serialında rol almış irlandiyalı aktyor Maykl Patrik vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, aktyor 35 yaşında motor neyron xəstəliyi (MND) ilə uzun müddət apardığı mübarizədən sonra həyata gözlərini yumub.
O, 2023-cü ildə diaqnoz qoyulmasına baxmayaraq, aktyorluq karyerasını davam etdirib və müxtəlif teatr və televiziya layihələrində çıxış edib. Bu xəstəlik hərəkəti idarə edən sinir hüceyrələrinə təsir edən, mütərəqqi xarakter daşıyan və müalicəsi olmayan nevroloji xəstəlik kimi tanınır.
Aktyorun ölümü televiziya və teatr ictimaiyyətində böyük kədərə səbəb olub.
Onun həyat yoldaşı Naomi Şihan sosial şəbəkə paylaşımında Patrikin ailəsi və yaxınlarının əhatəsində, sakit şəkildə vəfat etdiyini bildirib. O, aktyorun güclü xarakteri, enerjisi və insanlara verdiyi ilhamla xatırlanacağını qeyd edib.
Şihan paylaşımını Patrikin sevdiyi sitatla yekunlaşdırıb: “Dünyada ən vacib şeylər yemək, içmək və səni sevən birini tapmaqdır”.
"Cebheinfo.az"