BAKI,TurkicWorld
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam rayonunda vətəndaş qəbulu keçirəcək.
TurkicWorld xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüş cədvəlinə uyğun olaraq təşkil olunur.
Məlumata əsasən, qəbul saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarının sakinləri iştirak edə bilərlər.
Bildirilib ki, Komitənin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı müraciət etmək istəyən vətəndaşlar əvvəlcədən Dövlət Komitəsinin Qarabağ regional bölməsi ilə əlaqə saxlamalıdır.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.