AZ

DİN ötən gün dövriyyədən çıxarılan narkotik vasitlərin miqdarını açıqladı

BAKI, 10 aprel. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 9-da ümumi çəkisi 24,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqramdan artıq heroin, 19,8 kiloqramdan çox marixuana, 2,4 kiloqramdan çox tiryək, 1,3 kiloqrama yaxın metamfetamin və 253 ədəd yüksək təsiredici xassəyə malik həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
12
teleqraf.com

1Mənbələr