AZ

AİB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7%-dək yüksələcəyini, 2027-ci ildə isə 4,9%-dək azalacağını proqnozlaşdırır.

Banco.az bu barədə Asiya İnkişaf Bankının hesabatına istinadən xəbər verir.

"2025-ci ilin yanvar ayında müəyyən kommunal və nəqliyyat qiymətlərində artımlar, 2025-ci ilin oktyabr ayında nəqliyyat qiymətlərində əlavə düzəlişlər və 2026-cı ilin yanvar ayında yanacaq qiymətlərində artım inflyasiya təzyiqləri yaradacağı gözlənilir.

Bu qiymət düzəlişlərinin təsirinin il ərzində azalacağı proqnozlaşdırılsa da, qlobal bazarda neft qiymətlərinin artması ilə əlaqəli idxal qiymətlərinin artması səbəbilə inflyasiyanın 2026-cı ildə 5,7% olacağı gözlənilir. Neft qiymətlərinin azalması səbəbilə 2027-ci ildə inflyasiyanın 4,9%-ə qədər azalacağı proqnozlaşdırılır", - hesabatda qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
banco.az

1Mənbələr