AZ

Elm və Təhsil naziri: DİM-lə əməkdaşlığın məqsədi imtahanların beynəlxalq standartlara daha da yaxınlaşdırılmasıdır

Son illərdə imtahanların məzmununda mühüm dəyişikliklər edilib.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.

O bildirib ki, buraxılış imtahanlarına xarici dil fənninin daxil edilməsi və onun məcburi olması, açıq tipli sualların tətbiqi, eləcə də qəbul imtahanlarında abituriyentlərə bir deyil, iki şansın verilməsi əhəmiyyətli yeniliklərdir:

"Bu dəyişikliklər dərhal özünü göstərmir. Onların təsiri tədricən üzə çıxır və biz bunu artıq yavaş-yavaş müşahidə edirik. Məsələn, xarici dilin buraxılış imtahanına daxil edilməsi həmin dili daha yaxşı mənimsəyən şagirdlərin üstünlük qazandığını göstərir.

Ümumilikdə, təhsil sahəsində baş verən yeniliklərin əsas istiqamətlərindən biri məhz imtahan sistemində həyata keçirilən dəyişikliklərdir. DİM və Elm və Təhsil Nazirliyi arasında ciddi əməkdaşlıq başlayıb. Bu əməkdaşlığın əsas məqsədi imtahanların beynəlxalq standartlara daha da yaxınlaşdırılmasıdır.", - deyə o bildirib.

Seçilən
2
1
apa.az

6Mənbələr