AZ

Yaşmada ağır yol qəzası: FHN köməyə gəldi

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib. Müəyyən olunub ki, “Volvo” markalı yük avtomobil idarəetməni itirərək reklam lövhəsinə çırpılıb, nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1975-ci il təvəllüdlü sürücü Sultanov Mahmud Sultan oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
4
xalqqazeti.az

4Mənbələr