AZ

Volodimir Zelenski ABŞ-nin Ukraynada hərbi baza yerləşdirməsini istəyir

BAKI, 10 aprel. TELEQRAF

“Kiyev təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukrayna ərazisində ABŞ və Avropa ölkələrinin hərbi bazalarını yerləşdirmək istəyir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Əgər Ukraynada Amerika hərbi bazası və ya birgə Amerika-Avropa bazası olsa, o zaman daha az risklə üzləşəcəyik”, - dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, ölkə üçün təhlükəsizlik zəmanətlərinə kifayət edəcək həcmdə Qərb hava hücumundan müdafiə sistemləri və Ukrayna Silahlı Qüvvələri üçün maliyyələşdirmə daxil olmalıdır.

“Ukraynanın məsələ ilə əlaqədar öz yanaşmasını təqdim edəcəyinə və tərəfdaşlarımızın belə bir layihəyə öz cavablarını verəcəyinə dair razılaşmışıq”, - Ukrayna Prezidenti vurğulayıb.

Seçilən
11
1
teleqraf.com

5Mənbələr