Norveçdə çıxış edən rusiyalı qapıçı Nikita Haykin bu ölkənin vətəndaşlığını alıb.
QOL.az bu haqda Rusiyanın championat.com saytına istinadən xəbər verir. NRK nəşrinin jurnalisti Yan Petter Salvedt saytı bildirib ki, “Budo-Qlimt” klubunun qolkiperi artıq rəsmi şəkildə Norveç pasportu əldə edib.
Qeyd edək ki, yeni pasport sayəsində Haykin Norveç milli komandasına cəlb oluna və 2026-cı il dünya çempionatında iştirak etmək şansı qazana bilər. Əlavə edək ki, qapıçı Rusiya, İsrail və Böyük Britaniya vətəndaşlıqlarına da sahibdir.