AZ

Bakı Mühəndislik Universitetinin 60 minlik tenderi ləğv edildi

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ilə təhsil alan tələbələrin aviabiletlərinin alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin dəyəri 58 950 AZN olub.

 

Universitetin rektoru Yaqub Maksim oğlu Piriyevdir.

 

Cabir

Tarix: 10 Aprel 2026, 12:03   
Seçilən
17
pravda.az

1Mənbələr