İranın Ali Rəhbərinin müşaviri Kamal Xərrazi vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, o, bir neçə saat əvvəl dünyasını dəyişib.
İran liderinin müşaviri ötən çərşənbə günü Tehranda evinə ABŞ-İsrail təyyarələrinin endirdiyi hava zərbələrindən sonra ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Xərrazinin xanımı hadisə yerində ölüb.
Kamal Xərrazi 1997-ci ildən 2005-ci ilə qədər İranın xarici işlər naziri vəzifəsində çalışıb. O, son olaraq Ali Liderin məsləhət orqanı olan Məqsədyönlüyü Müəyyənləşdirmə Şurasının üzvü olub.
Telegram kanalımız