AZ

Həmid Herisçi: Xarici turistlərə bələdçi işləyim?

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb.

Kulis.az "Günün şeiri" layihəsindən Həmid Herisçinin mövzu ilə bağlı "Turistik marşrut" şeirini təqdim edir.

Köhnə dostlarımın çoxu,

Haqqın yolunu tapıblar indi.

Bələdçi işləyirlər turistlərə.

Deyəsən, çox kiçildi,

daraldı

həyatımızdakı dairə.

Bəlkə, mən də

Bələdçi işləyim xaricilərə?

Deyim: əvvəl kitabları,

Sonra, təbii, kitabxanaçı qızı sevdim.

Son finalda nəyim varsa,

itirdim.

Yetimlədim.

Bir nəğmə qaldı mənə o günlərdən - adı “Sevgilim”...

İndi neynim?

Neynim?

Xarici turistlərə bələdçi işləyim?

Sonra əlavə edim:

Rəhmətlik atam bir gün Xaqani Şirvani qəsidələrini vərəqləyir,

Bakı Qala divarlarını Şirvanşah Mənuçöhrün inşa etdiyini öyrənir,

Girişir

İşərişəhər Qala divarlarına...

Turistlərə bunu sakitcə söyləyim...

Sonra xeyli fikirləşim.

Sözümü yox...

özümü bir sətirdən digərinə keçirdim...

Əlavə edim:

Yaxınlaşır Qoşa Qala qapılarına.

Sonra divardakı bir nöqtəni göstərim...

Gizli mətləbimi

bildirməyim,

Axıracan deməyim.

Vəziyyəti gərginləşdirim.

Bir xeyli danışım, dinməyim...

Qulağımdakı küləyi diqqətlə dinləyim.

Gözlərimdə özümü gizlədim.

Axır deyim:

Qala bürclərinin biri qəfil dağılıb sökülür öz-özünə.

İçindən daş kitabə aşkarlanır.

Kitabədə yazılıbmış-“Bu divarları Şirvanşah Mənuçöhr inşa edib”.

Sənədləşdirilib

Dediklərim...

Budu mənim

kəşfül-kəramətim.

"Belə adlar qeydiyyat idarələrindən toplandı və verilməsinə qadağa qoyuldu" - Sayalı Sadıqova ilə müsahibə

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
kulis.az

2Mənbələr