2026-cı ilin fevral ayında Rusiya Federasiyasının regional və bələdiyyə icra hakimiyyəti orqanları hərbi xidmət üçün “könüllü” siyahılarının tərtib edilməsi ilə bağlı təlimatlar alıblar.
Herbiand.az bildirir ki, bu siyahılara əsasən kommunal borcları olan şəxslər daxildir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, əgər borclu qadındırsa siyahıya onun əri və ya yetkin yaşda olan qohumları - oğulları, qardaşlar və hətta valideynləri siyahılara əlavə olunur.
Gələcəkdə bu siyahılardan “könüllü” müqavilələrin imzalanmasına məcbur etmək üçün təzyiq vasitəsi kimi istifadə edilməsi, kommunal borcların “mükafat” kimi bağışlanmasının təklif edilməsi planlaşdırılır.
Qeyd olunur ki, kampaniya zamanı onlara hərbi xidmətdən sonra məktəbə qayıtmaq imkanı, pul kompensasiyası, müavinətlər və əlavə bonuslar vəd edilir. Bu bonuslara dövlət tərəfindən maliyyələşdirilən təhsil formasına keçid və ya təhsil müəssisəsi tərəfindən maliyyə dəstəyi daxildir.
Bəxtiyar CƏFƏRLİ