AZ

İlkin səhiyyə xidmətinin genişləndirilməsi Azərbaycan səhiyyəsinin strateji prioritetlərindən biri olaraq qalır

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar artıq real nəticələr verməyə başlayıb və bu proses yeni mərhələyə qədəm qoyur.Newscenter.az xəbər verir ki, bunu Ednews-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində ölkədə tibbi xidmətlərə əlçatanlıq əhəmiyyətli dərəcədə artıb:“Hazırda 3500-dən çox tibbi xidmət paketi vətəndaşların istifadəsindədir və bu, dövlət siyasətinin konkret nəticəsidir.”Onun sözlərinə görə, növbəti mərhələdə əsas prioritet istiqamət ucqar dağ kəndləri və çətin əlçatan ərazilərdə səhiyyə xidmətlərinin daha da gücləndirilməsidir. Bu istiqamətdə həm institusional, həm də qanunvericilik səviyyəsində addımlar atılır.Millət vəkili qeyd edib ki, 2025-ci ildə Milli Məclisin Səhiyyə Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi ilə birlikdə keçirilən dinləmələr zamanı səhiyyə sisteminin gələcək inkişaf istiqamətləri geniş müzakirə olunub. Bu müzakirələrin əsas nəticəsi isə ilkin səhiyyə xidmətinin prioritet elan edilməsi olub. Komitə sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi ilə aparılan müzakirələrdə hüquqi bazanın təkmilləşdirilməsi məsələsi də gündəmə gətirilib və artıq bu sahədə may ayından etibarən pilot layihələrin icrasına başlanılıb.İlham Məmmədov ambulator xəstələrin dərman təminatına da xüsusi diqqət çəkib. O bildirib ki, xüsusilə onkoloji xəstəliklər üzrə bahalı preparatların, o cümlədən immunoterapiya dərmanlarının təminatı üçün prioritet mexanizmlərin formalaşdırılması vacibdir.Millət vəkilinin sözlərinə görə, ilkin səhiyyə xidmətinin tətbiqi istiqamətində ilk pilot layihə ötən ilin yayında Bərdə şəhərində həyata keçirilib və hazırda uğurla davam edir:“Bu model gələcəkdə bütün ölkə üzrə tətbiq olunacaq. Məqsəd əhalinin tibbi xidmətlərə daha keyfiyyətli və rahat çıxışını təmin etməkdir. Millət vəkili vurğulayıb ki, ilkin səhiyyə xidmətinin genişləndirilməsi Azərbaycan səhiyyəsinin strateji prioritetlərindən biri olaraq qalır və yaxın illərdə bu istiqamətdə daha geniş nəticələrin əldə olunması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr