Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-VB-263 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü yolayrıcına yaxınlaşan zaman svetoforun sarı işığının yanmasına baxmayaraq hərəkətinə davam edib.
Bəzən sürücülər elə düşünürlər ki, svetoforun sarı işığı yanırsa hərəkəti başa çatdırmaq olar. Lakin bu işıq birmənalı olaraq hərəkəti qadağan edir. Sarı işıqda hərəkət etməyə görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.