AZ

Deputat kişi və qadınlar arasında bərabər maaşın tətbiqi ilə bağlı yeni təkliflər verib

Bakı. Trend:

Mövcud qanunvericilikdə bərabərlik prinsipi əsasən eyni və yaoxşar işlərlə məhdudlaşdırılır. Lakin müasir əmək bazarındamüxtəlif peşələr arasında dəyər fərqlərinin subyektivqiymətləndirilməsi çox zaman gizli gender bərabərsizliyinə səbəbolur. Dəyişiklik məhz bu boşluğu aradan qaldırmağa yönəlib.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü,deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında ƏməkMəcəlləsi və “Gender (kişi və qadınların) bərabərliyinintəminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, layihədə işəgötürənin vəzifələri dahakonkretləşdirilir və bərabər əməkhaqqının təmin edilməsi birbaşahüquqi öhdəlik kimi müəyyən edilir. Bu yanaşma normativ çərçivədədeklarativlikdən praktik icra mexanizminə keçid deməkdir. “Bərabərdəyərli iş” anlayışının müəyyənləşdirilməsi üçün meyarlar – əməkşəraiti, əmək funksiyasının xarakteri və tarif-ixtisasgöstəriciləri hüquqi tətbiq baxımından vacibdir, çünki normanınicrası üçün ölçülə bilən və obyektiv kriteriyalar təqdimolunur.

Deputat vurğulayıb, layihədə diqqət çəkən məqamlardan biri dəişin dəyərinin müəyyən edilməsinin işəgötürənin səlahiyyətinəverilməsidir:

“Bu yanaşma idarəetmə baxımından çevikliyi təmin etsə də, eynizamanda potensial risklər də yarada bilər. Çünki subyektivqiymətləndirmə imkanları qalır və bunun, normanın effektivliyinətəsir göstərəcəyi ehtimalı var. Bir sıra məqamlarındəqiqləşdirilməsi məqsədəuyğun olardı:

  • Əvvəla, “bərabər dəyərli iş” anlayışının müəyyən edilməsiüçün metodologiyanın yalnız işəgötürənin deyil, eyni zamandamüstəqil qiymətləndirmə mexanizmləri və ya dövlət tərəfindən təsdiqolunmuş standartlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa,daha yaxşı olar.
  • Əməkhaqqı bərabərsizliyi ilə bağlı mübahisələr zamanısübutetmə yükünün bölgüsü daha aydın şəkildə müəyyən edilməlidir.Xüsusilə də işçinin hüquqlarının qorunması üçün işəgötürəninəsaslandırma öhdəliyi daha da genişləndirilməlidir”.

E.Mirzəbəyli qeyd edib ki, dəyişikliklər ölkəmizin sosial dövlətmodelinin gücləndirilməsi və inklüziv əmək bazarınınformalaşdırılması istiqamətində ardıcıl siyasətin tərkibhissəsidir.

Seçilən
18
az.trend.az

1Mənbələr