AZ

Fransada bələdiyyə şuralarında dini rəmzlərin istifadəsinin qadağan olunması təklif edilir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 10 aprel, AZƏRTAC

Fransanın Milli Birlik Partiyası yerli seçilmiş vəzifəlilər üçün dini rəmzlərin, eləcə də hicabın açıq şəkildə nümayiş etdirilməsini qadağan edən qanun layihəsi təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüs artıq qanunun qəbul olunması perspektivlərinə dair şübhələr yaradıb. Qanun layihəsi partiya ilə əlaqəli deputat Ann Sikar tərəfindən irəli sürülüb və Jülyən Odul daxil olmaqla bir neçə deputat tərəfindən imzalanıb. Sənəd, xüsusilə bələdiyyə şuralarında, rəsmi tədbirlərdə və vətəndaş nikahlarında seçilmiş yerli vəzifəlilərin hər hansı açıq dini rəmz daşımasını qadağan etməyi nəzərdə tutur.

Təşəbbüs bələdiyyə şuralarında hicab geyinmiş qadın deputatların iştirakından sonra irəli sürülüb. Layihə Milli Assambleyanın gündəliyinə daxil edilmək üçün bütün deputatlara təqdim olunub.

Lakin Milli Birlik Partiyası və onun müttəfiqləri xaricində dəstəyin olması hələlik şübhəlidir, çünki digər siyasi qruplar adətən bu partiyanın təklif etdiyi qanun təşəbbüslərinə qoşulmur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
azertag.az

2Mənbələr