AZ

Azərbaycanın süni intellekt bacarıqları Beynəlxalq Nəqliyyat Forumunun hesabatında yüksək qiymətləndirilib

Bakı.Trend:

Azərbaycanın süni intellekt sahəsində həyata keçirdiyitəşəbbüslər beynəlxalq səviyyədə növbəti dəfə tanınıb. Belə ki,Beynəlxalq Nəqliyyat Forumunun (BNF) dərc etdiyi “Bacarıqlar biziirəli aparır: süni intellekt dövründə nəqliyyat sahəsində işçiqüvvəsinin bacarıqları – xülasə və nəticələr” adlı hesabatdaölkəmizin təcrübəsinə xüsusi yer ayrılıb.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, hesabatda süni intellektin tətbiqi fonunda işçiqüvvəsinin bacarıqlarının inkişafı ilə bağlı siyasət yanaşmalarıtəhlil olunub və dövlətlər üçün əsas istiqamətlər müəyyən edilib.Bu çərçivədə “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçünsüni intellekt Strategiyası” müsbət nümunə kimi göstərilib.

Xüsusilə vurğulanıb ki, Azərbaycanın yanaşması süni intellektiəmək bazarı üçün risk kimi deyil, peşəkar inkişaf üçün yeni imkankimi təqdim edir. Strategiya çərçivəsində ictimaiyyətin süniintellekt barədə məlumatlılığının artırılması, etik və məsuliyyətliistifadənin təşviqi prioritet kimi müəyyən olunub. Bu məqsədləMilli Süni İntellekt Mərkəzi nəzdində yaradılan Süni İntellektAkademiyası vasitəsilə ilkin biliklərdən başlayaraq daha dərin STEMəsaslı təlim proqramları həyata keçirilir. Strategiya çərçivəsindəmüxtəlif dövlət qurumları üzrə 500 əməkdaş üçün təlim və 3000nəfərlik süni intellekt mütəxəssisi icmasının formalaşdırılmasınəzərdə tutulur.

Hesabatda ümumilikdə bildirilib ki, nəqliyyat sektorunda süniintellektin tətbiqi yalnız texnoloji deyil, eyni zamandabacarıqların inkişafı və əmək bazarının transformasiyasıməsələsidir. Bu baxımdan Azərbaycanın yanaşmasının beynəlxalqsəviyyədə qeyd edilməsi ölkəmizin bu sahədə irəli sürdüyü siyasətindüzgün istiqamətdə olduğunu bir daha təsdiqləyir. HəmçininAzərbaycanın süni intellekt, rəqəmsallaşma, innovasiya və insankapitalının inkişafı üzrə həyata keçirdiyi ardıcıl siyasətinbeynəlxalq səviyyədə tanındığını və digər ölkələrə nümunə təşkiletdiyini göstərir.

Seçilən
16
az.trend.az

1Mənbələr