AZ

“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır (FOTO)

Bakı. Trend:

“Gəncə KOB evi”nin direktoru Orxan Abbasov ilə müsahibənitəqdim edirik.

Sayca 5-ci KOB evinin Gəncə şəhərində fəaliyyətəbaşlaması region sahibkarları üçün hansı üstünlükləryaradır?

– “Gəncə KOB evi”nin fəaliyyətə başlaması region sahibkarlarıüçün bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, burada 15dövlət qurumu tərəfindən 80-dən çox xidmətin vahid məkanda təqdimolunması sahibkarların müxtəlif qurumlara ayrı-ayrılıqda müraciətetmədən bütün zəruri xidmətləri bir ünvanda əldə etməsinə imkanverir. Bu, sahibkarların dövlət qurumları ilə əlaqəsiniasanlaşdırır, inzibati prosesləri sadələşdirir. Nəticədə biznesməsələləri ilə bağlı vaxt itkisi azalır, əməliyyat xərclərinəqənaət olunur. Eyni zamanda KOB evində xidmətlərin şəffaf vəoperativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət keyfiyyətiniölçüləbilən edir. Bu imkanlar regionda biznes fəaliyyətiningenişlənməsinə, yeni təşəbbüslərin yaranmasına və sahibkarlıqmühitinin daha da güclənməsinə töhfə verir.

Sahibkarlar “Gəncə KOB evi”ndə hansı xidmətlərdənyararlana bilər?

– Sahibkarlar biznesin qurulması və inkişafı üçün vacib olan birçox xidmətlər üçün “Gəncə KOB evi”nə müraciət edə bilərlər. Bunlarbiznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya,mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyatvasitələri üçün fərqlənmə nişanları və digər icazələrin alınması,strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədi,qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri,ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə vəməşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s.xidmətlərdir.

KOB evində yalnız dövlət xidmətləri təqdimolunur?
– Xeyr. Burada dövlət xidmətləri ilə yanaşı, özəl təşkilatlartərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə kimi “B2B”xidmətlər də göstərilir. Burada həmçinin bir bank filialı və poçtxidməti də mövcuddur. Ümumilikdə “Gəncə KOB evi”ndə 33 xidmətpəncərəsində sahibkarlara həm “G2B”, həm də “B2B” xidmətlər təqdimolunur. Gələcəkdə sahibkarların ehtiyacı olan digər xidmətlərin dəKOB evinə cəlb olunması ilə xidmət pəncərələrinin sayı artırılabilər.

“Gəncə KOB evi”ndən yalnız Gəncə şəhərində fəaliyyətgöstərən sahibkarlar istifadə edə bilər?

– Gəncə ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da“Gəncə KOB evi”ndə göstərilən xidmətlər üçün müraciət edə bilərlər.Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin dövlətqurumlarının regional strukturuna görə bəzi xidmətlər konkretolaraq müvafiq region üzrə göstərilə bilir. Bu hallar istisnaolmaqla sahibkarlar yaşadıqları ərazidən asılı olmayaraq Bakı,Gəncə, Yevlax, Xaçmaz və Şuşa KOB evlərinə müraciət edəbilərlər.

KOB evində əlavə hansı imkanlar yaradılıb?

– “Gəncə KOB evi”ndə KOB dostu ofisi də fəaliyyət göstərir. KOBİnkişaf Mərkəzi (KOBİM) isə yaxın zamanda fəaliyyət göstərəcək.Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Gəncə KOBİMsahibkarlara biznes ideyalarının reallaşdırılması və inkişafı üçüntəlimlər keçəcək, məsləhət xidməti göstərəcək, biznes planınhazırlanması və şəbəkələşmə imkanları təqdim edəcək. Bundan əlavə,sahibkarlarla görüşlərin və müxtəlif tədbirlərin keçirilməsi üçünKOB evində konfrans zalı, iş otaqları da mövcudur.

“Gəncə KOB evi” harada yerləşir və iş saatlarınecədir?
– “Gəncə KOB evi” Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 166ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat 09:00-dan18:00-dək sahibkarlara xidmət göstərir.

Sahibkarlar “Gəncə KOB evi”nin xidmətlərindən istifadəetmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidirmi?

– Sahibkarlar “Gəncə KOB evi”nə əvvəlcədən qeydiyyatdan keçmədənbirbaşa müraciət edə bilərlər. Xidmətlər növbəlilik prinsipiəsasında təqdim olunur və binaya gələn zaman girişdə növbə götürməküçün qurğu yerləşdirilib. Hazırda sahibkarların “Gəncə KOB evi”nəgəlmədən onlayn növbə götürməsi üçün “KOB növbə” tətbiqi üzərindədə iş aparılır.

“Gəncə KOB evi”ndə göstərilən xidmətlərödənişlidirmi?
– “Gəncə KOB evi”ndə sahibkarlara dövlət qurumları tərəfindəntəqdim olunan xidmətlərin əksəriyyəti qanunvericiliyə uyğun olaraqödənişsizdir. Lakin bəzi xidmətlər üzrə dövlət rüsumu və ya xidməthaqqı nəzərdə tutula bilər və bu ödənişlər müvafiq qaydalara əsasənhəyata keçirilir. Ödənişləri etmək üçün KOB evində bank fəaliyyətgöstərir.

Sahibkarlar üçün maraqlı ola biləcəyini nəzərə alaraqbir qədər də KOB evi modeli barədə məlumat verməyinizi xahişedirik.

– Kiçik və orta biznes evləri (KOB evləri) sahibkarlıqsubyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilənxidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdimolunduğu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)struktur bölmələridir. Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz,Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Həmçinin Xudatda“Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəziyerləşir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumutərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160“B2B” xidmət göstərilir. 2026-cı ilin 1 yanvar tarixinə olanməlumata əsasən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlartərəfindən 1,5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildəİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorundaİnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modelisahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimiqiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib.KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelinöyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb.

“Gəncə
“Gəncə
Məqalədə:
Seçilən
0
17
az.trend.az

10Mənbələr