AZ

MM də təklif: Bu, boşanmaların sayını azalda bilər

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bildiyiniz kimi, narkotik vasitələrin qəbulu insan sağlamlığına ən çox zərər verən vərdişlərdən biridir. Ölkəmizdə bunun qarşısını almaq üçün bir sıra tədbirlər görülür və mübarizə aparılır. Lakin təəssüf ki, digər ölkələrdə olduğu kimi, bu problem bizim cəmiyyətimizdən də yan keçmir. Düzdür, digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə göstəricilər daha aşağıdır. Bu da, sözsüz ki, dövlətimizin narkomaniyaya qarşı apardığı ciddi mübarizənin nəticəsidir".

Ölkə.az xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov parlamentdə çıxışı zamanı deyib. 

Deputat hesab edir ki, müzakirə etdiyimiz bu qanun layihəsi işə qəbul olunan həmən şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq.

Məsələ ilə bağlı təklif verən deputat bildirib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədəuyğun olardı:"Təəsüf ki, bəzi hallarda, şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Əgər bu hallar öncədən müəyyən edilərsə, boşanmaların sayı da azala bilər".Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
olke.az

2Mənbələr