AZ

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən növbəti səyyar qəbul keçirilib.

Publika.az xəbər verir ki, qəbul Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində təşkil olunub.

Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də yerli sakinlər iştirak ediblər.

Şəhər rəhbəri səyyar qəbulların keçirilməsinin əsas məqsədinin vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların gündəlik həyatında qarşılaşdıqları çətinliklərin yerində öyrənilməsi və operativ şəkildə aradan qaldırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
23
4
publika.az

7Mənbələr