AZ

AİB: Ümid edirik ki, gələcəkdə külək enerjisinə də sərmayələr qoyacağıq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycanın enerji sektorunda bərpaolunan enerji payının artırılması məqsədilə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hansı konkret layihələr prioritet hesab olunur və onların iqtisadi səmərəliliyi necə qiymətləndirilir?

Asiya İnkişaf Bankının (AİB) nümayəndəliyinin baş iqtisadçısı Xəqani Kərimov AZƏRTAC-ın sualına cavab olaraq deyib ki, Azərbaycan karbon emissiyasını azaltmağa çalışır, eyni zamanda, ölkədə qeyri-neft-qaz sektorunu inkişaf etmək üçün sosial-iqtisadi strategiyası tərtib edilir ki, bu da olduqca zəruridir.

“Bu hədəfləri dəstəkləmək üçün AİB müxtəlif layihələri icra edir. Bu layihələr dəmir yolu, elektrik enerjisi, o cümlədən rəqəmsallaşma və dekarbonizasiya sahələrini əhatə edir. AİB, həmçinin bərpaolunan enerji mənbələrindən biri olan Günəş enerjisinə sərmayə qoyur. Ümid edirik ki, gələcəkdə külək enerjisinə də sərmayələr qoyacağıq. Biz inanırıq ki, bu, istixana qazlarının azaldılması, həmçinin yaradılan yeni iş yerləri baxımından qiymətləndirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
azertag.az

2Mənbələr