Barəsində inzibati xəta üzrə icraat aparılan Afiq Axundov bildirib ki, Fariz direktor müavininin otağına girərək yüksək tonla danışıb. Ona xanımla belə danışmamalı olduğunu bildirsə də, Fariz Afiqi söyüb və o da əsəbiləşərək otaqdan çıxıb. Fariz onun arxasınca düşərək qida satışı hissəsinə gəlib və Afiqin orada əyləşib çay içdiyini görüb. Burada tərəflər arasında mübahisə, daha sonra dava olub.
Zərərçəkən isə bildirib ki, oğlunun digər şagirdlərlə dalaşdığını görüb və onları ayırıb. Sonra bu barədə direktor müavini ilə danışmağa gedib. Bu zaman Afiq adlı müəllimlə arasında məlum hadisə baş verib. Zərərçəkən ifadəsində Afiq müəllimin cəzalandırılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Afiq Axundov 300 manat məbləğində cərimələnib./lent.az