AZ

Film seti kimi CİNAYƏT: Kuryeri 1 km maşının üstündə apardı VİDEO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Adanada baş verən qeyri-adi yol hadisəsi görənləri heyrətə gətirib.

Milli.Az xəbər verir ki, kuryeri vuran avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşmaq istəyib. Bu zaman kurye avtomobilin üzərinə çıxaraq sürücünü saxlamağa çalışıb. Lakin sürücü hərəkətini davam etdirib və nəticədə kuryer avtomobilin üzərində təxminən 1 kilometr məsafə qət etmək məcburiyyətində qalıb.

ABŞ filmlərini xatırladan bu anlar ətrafdakı şəxslər tərəfindən qeydə alınaraq sosial şəbəkələrdə yayılıb. Hadisə yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra başa çatıb və avtomobil saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanıldığı bildirilir. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr