Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Siyəzən-Məşrif avtomobil yolunda müvəqqəti alternativ yolun da tikintisinə start verilib".Bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.O qeyd edib ki, bir neçə gün sel nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün uçması ilə bağlı təhlükəsizlik tədbirləri görülüb."Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunublar, təhlükəsizlik tədbirləri görülüb. Hazırda müvəqqəti alternativ yolun tikintisinə start verilib. Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə edə bilirlər", - deyə A.Nəcəfli bildirib.\oxu.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.