AZ

"Real Madrid" "Cadena Ser"in yaydığı məlumatın yalan olduğunu bəyan etdi

"Real Madrid" rəsmi bəyanat yayaraq yeni idman direktoru axtardığı ilə bağlı "Cadena Ser" radiosunun "El Larguero" proqramında səsləndirilən məlumata münasibət bildirib.

Fanat.Az xəbər verir ki, bəyanat belədir:

"Klubumuzun yeni idman direktoru axtarışında olduğu ilə bağlı "Cadena Ser" radiosunun yaydığı informasiya ağ yalandır. "Real" klubun idman rəhbərliyinin fəaliyyətini yüksək dəyərləndirir. Onlar iş başında olduğu müddətdə klub tarixinin ən uğurlu dönəmlərindən birini yaşamışıq".

Qeyd edək ki, "Real"ın strukturunda idman direktoru postu yoxdur. Peşəkar futbol üzrə direktor vəzifəsi isə Santyaqo Solariyə həvalə olunub.

Toğrul  

Seçilən
3
1
fanat.az

2Mənbələr