AZ

Mina qurbanlarının övladlarına dəstək sosial ədalətin göstəricisidir

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Minatəmizləmə zamanı həlak olan şəxslərin övladlarının sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Bunu Modern.az-a açıqlamasında Nigar Məmmədova bildirib.

O qeyd edib ki, mina təhlükəsi bu gün də ən ağır humanitar problemlərdən biri olaraq qalır:

“Mina nə yaşa, nə də sosial vəziyyətə fərq qoyur. Zərərçəkənlər arasında mülki şəxslər, valideynlər, ailə başçıları var. Bunun nəticəsində valideyn itkisi, əlillik, həyat səviyyəsinin aşağı düşməsi və gələcək imkanların məhdudlaşması ilə üzləşən uşaqların taleyi xüsusi diqqət tələb edir. Bu uşaqlar öz talelərini seçməyiblər – onları qorumaq və dəstəkləmək isə bizim borcumuzdur”.

N.Məmmədova vurğulayıb ki, təklif olunan qanun layihəsi mina qurbanı olmuş şəxslərin övladları üçün mühüm sosial təminat mexanizmləri yaradır:

“Söhbət təhsil, vergi güzəştləri və sosial təminat sahəsində əlavə dəstək tədbirlərindən gedir. Bu dəyişikliklər həmin ailələrin maddi vəziyyətinə birbaşa müsbət təsir göstərəcək, uşaqların təhsilə çıxış imkanlarını genişləndirəcək”.

Onun sözlərinə görə, bu təşəbbüs yalnız sosial siyasət deyil, həm də ədalət və məsuliyyət məsələsidir:

“Bu qanun ən həssas vəziyyətdə olan insanlara dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Bununla biz həmin uşaqların gələcəyinə sərmayə qoyuruq, onların layiqli həyat, təhsil almaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanlarını dəstəkləyirik”.

Nigar Məmmədova əlavə edib ki, son qərarlar dövlətin insan amilinə verdiyi önəmi bir daha təsdiqləyir:

“Təsadüfi deyil ki, bu günlərdə minatəmizləmə zamanı həlak olmuş şəxslərin ailələri üçün Prezident təqaüdü təsis edildi. Bu addım dövlətin sosial siyasətində insan amilinin prioritet olduğunu açıq şəkildə nümayiş etdirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
modern.az

1Mənbələr