AZ

14 gündən sonra xilas edildi


7News.az xəbər verir ki, martın 25-də Meksikanın Sinaloa əyalətindəki El Rosario mədənində baş vermiş qəzadan sonra təxminən 300 metr dərinlikdə qalmış şaxtaçı Fransisko Zapata Najera (42) 14 gündən sonra xilas edilib. Qəza zamanı mədəndə olan 25 işçidən 21-i özbaşına qaça bilib, 4-ü isə yerin altında qalıb. İlk bir neçə gündə 4 işçidən birinin xilas edildiyi, digərinin isə öldüyü bildirilir. Bir işçi 14 gündən sonra xilas edilib, dördüncüsü isə hələ də itkin düşüb. Ümidlərin tükənməyə başladığı bir vaxtda 14 gündən sonra yerdə qalan iki işçidən birinin xilas edilməsi "möcüzə” kimi qiymətləndirilib.
Seçilən
5
7news.az

1Mənbələr