AZ

Tramp marşrutunu idarə etmək üçün üçüncü ölkələrin köməyinə ehtiyac olacaq - Mirzoyan

"Ermənistan "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması və gələcək idarəetməsi məqsədilə kənar dövlətlərin dəstəyinə ehtiyac duyacaq".Missiya.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.  "Tezliklə növbəti mərhələyə - tikintiyə keçməyi ümid edirik. Bu mərhələdə bizə üçüncü ölkələrdən tərəfdaşlar lazım olacaq. Sazişin özü ikitərəfli olacaq, Ermənistan və ABŞ arasında. Lakin tikinti prosesi, sistemlərin idarə olunması mərhələsi daha geniş beynəlxalq iştirak tələb edəcək",-Mirzoyan qeyd edib. Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə işlər intensiv şəkildə davam edir və hazırda hökumətlərarası sazişin yekunlaşdırılması prosesindədir. Nazir əlavə edib ki, layihə Çindən Portuqaliyaya, eləcə də Yaxın Şərqə qədər geniş ölkələr üçün maraq doğurur:

"Təşəbbüs iqtisadi xarakter daşıyır və dəmir yolu, avtomobil yolu, neft kəməri, qaz kəməri və fiber-optik rabitə xətlərinin tikintisini əhatə edir. Amerika şirkəti layihəni Ermənistan qanunvericiliyinə uyğun olaraq, hərbi komponent olmadan həyata keçirəcək". 

 İlahə Qənbərli Missiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr