AZ

Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi

style='margin-bottom:10px;'>

Polşa milli komandasının məşqçisi Yatsek Maqera vəfat edib.

QOL.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssis bu gün səhər saatlarında Vrotslavda qaçış zamanı huşunu itirib. Təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Yatsek Maqera 2025-ci ilin yayından Yan Urbanın rəhbərlik etdiyi məşqçilər heyətində yer alırdı. O, daha əvvəl "Şlensk", "Legiya" klublarını və Polşanın gənclərdən ibarət yığmalarını çalışdırıb.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr