Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15-ə yaxın transplantasiya əməliyyatı meyit donordan götürülmüş orqanlar vasitəsilə icra olunub.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi məlumat yayıb.
Bu ilin birinci rübü ərzində Azərbaycanda ümumilikdə 60-a yaxın orqan və toxuma transplantasiyası baş tutub.
Onlardan 30-a yaxını böyrək, ayrı-ayrılıqda 10-a yaxını sümük iliyi və buynuz qişa (kornea), 10-dan çoxu isə qaraciyər transplantasiyası olub.
Telegram kanalımız