AZ

Sibel Canın canlı ifası MÜZAKİRƏ YARATDI VİDEO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin məşhur müğənnisi Sibel Can növbəti canlı ifası ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, məlumata görə, sənətçinin səhnə performansı bu dəfə gözlənildiyi kimi qarşılanmayıb. Canlı ifaları ilə tanınan müğənninin çıxışı zamanı səsinin istənilən səviyyədə olmaması diqqətdən yayınmayıb.

Konsertə qatılan bəzi tamaşaçılar bu səbəbdən məyus olduqlarını bildiriblər. Sosial şəbəkələrdə yayılan görüntülər və rəylər isə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi Sibel Canın performansını tənqid edərək, ifanın əvvəlki çıxışları ilə müqayisədə zəif olduğunu qeyd edib. Digərləri isə bunun müvəqqəti hal olduğunu və sənətçinin hər zaman güclü səsi ilə seçildiyini vurğulayıb.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr