Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla”şirkətinin tərəfdaşlığı ilə Azərbaycandan olan oyun studiyalarınınbu il 17 – 19 may tarixlərində Polşanın Krakov şəhərindəkeçiriləcək “Digital Dragons 2026” beynəlxalq oyun konfransındaiştirakı üçün müraciət qəbulu açıq elan edilib. Bu tədbirdə oyunstudiyaları öz layihələrini təqdim edərək beynəlxalq bazarlaraçıxış əldə etmək, qlobal oyun sənayesinin aparıcı nümayəndələri iləəlaqə qurmaq və Azərbaycanın oyun ekosistemini dünya səhnəsindətanıtmaq fürsətindən faydalanacaqlar.
Belə ki, “Digital Dragons 2026” beynəlxalq oyun konfransındaiştirakın seçim mərhələsini uğurla tamamlayan 4 oyun studiyasınınsəfər və yerləşmə xərcləri qarşılanacaq. Bununla yanaşı, oyunkomandaları tədbirdə çoxsaylı investor və sənaye liderləri önündətəqdimata hazırlıq məqsədilə İRİA və “Xsolla”nın ekspert və mentordəstəyindən yararlana biləcəklər.
Müraciətlərin qəbulu 8 aprel tarixində başlayır və 15 aprel,saat 23:59-a dək davam edəcək.
Daha ətraflı məlumat və tədbirdə iştirak üçün link: DigitalDragons 2026 Roadshow Application