AZ

Bakıda satılan “dinozavr çiyələyi”: təcili tədbir görülməlidir – VİDEO

Sosial şəbəkələrdə çiyələyin tez yetişdirilməsi üçün ona kimyəvi qarışıqlar vurulması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, oxşar üsullardan kartof, soğan, göyərti, pomidor və digər tərəvəzlərin yetişdirilməsində də istifadə olunur. Çiyələklərin həddindən artıq iri, quru və dadsız olması məhz bu kimyəvi maddələrlə əlaqələndirilir.

Bəs bu dərmanın qanunla tənzimlənən dozası varmı? Qida sahəsindəki bu zəhərlənmə insan orqanizmi üçün hansı fəsadları yaradır?

Globalinfo.az-a danışan qida mütəxəssisi Ağa Salamov deyib ki, hazırda iqlim dəyişiklikləri özünü daha qabarıq şəkildə göstərir.

O bildirib ki, xüsusilə temperaturun artması, fəsillərin yerinin dəyişməsi müşahidə olunur:

“Yəni yazın, yayın və hətta qışın gecikməsi kimi hallar artıq özünü göstərir. Bununla yanaşı, normadan artıq yağışlar, güclü küləklər, ildırımlar kimi ekstremal hava hadisələri də tez-tez baş verir. Bütün bunlar kənd təsərrüfatına birbaşa təsir edir. Fermerlər istədikləri məhsulu əldə etməkdə çətinlik çəkirlər. Bu məqamda müxtəlif pestisid və herbisidlərdən istifadə məsələsi aktuallaşır”.

Aga

Ağa Salamov

Mütəxəssisin sözlərinə görə, dünyada 50-dən çox preparat qeydiyyatdan keçib ki, onları çiyələklərə vurmaq olar:

“Preparatlar qeydiyyatdan keçsə də, fermerlər onların hamısından eyni şəkildə istifadə etmir. Bu, torpağın vəziyyətindən və yaranan problemlərdən asılıdır. Məsələn, torpaqda zərərvericilər çoxdursa, uyğun pestisidlərdən istifadə edilir. Əgər sahədə alaq otları üstünlük təşkil edirsə, bu zaman herbisidlər tətbiq olunur. Dozanın həddindən artıq olması həm məhsula, həm də insan sağlamlığına ciddi zərər verə bilər. Beynəlxalq standartlara, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normativlərə əməl olunması vacibdir.

AQTA-da ən çox ölkəyə idxal olunan məhsulların pestisid çoxluğunu yoxlamaq üçün analiz aparılır. Lakin daxili bazarda da nəzarət gücləndirilməlidir. Çünki normadan artıq pestisid qalıqları insanlarda allergik reaksiyalar və müxtəlif sağlamlıq problemləri yarada bilər”.

Seçilən
0
1
turkustan.az

2Mənbələr