ain.az bildirir, Cebheinfo portalına istinadən.
Cənubi Amerika ölkəsi olan Venesuelada bəzi həmkarlar ittifaqları maaş artımı tələbi ilə hökumətə qarşı etiraz aksiyası keçirib.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt Karakas şəhərində Miraflores Sarayı yaxınlığında toplaşan nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.
Miraflores Sarayına yürüş etmək istəyən etirazçılara polis gözyaşardıcı qazla müdaxilə edib, 1 nəfər saxlanılıb.
Müxtəlif həmkarlar ittifaqlarına bağlı işçilər və təqaüdçülər plakatlar qaldıraraq maaşların artırılmasını tələb edib. Onlar Müvəqqəti Dövlət Başçısı Delsi Rodrigezə etirazlarını bildiriblər.
Venesuela Milli Mətbuat İşçiləri Həmkarlar İttifaqı isə bildirib ki, etiraz zamanı ən azı 10 jurnalist təhlükəsizlik qüvvələrinin müdaxiləsindən zərər görüb.
Bir müddət şüarlar səsləndirən nümayişçilər daha sonra dağılışıblar.
Qeyd edək ki, Venesuelada Prezident Nikolas Maduronun 3 yanvarda ABŞ müdaxiləsi nəticəsində saxlanılmasından sonra ölkədə ilk dəfə hökumət əleyhinə etiraz aksiyası keçirilib.
Venesuelanın müvəqqəti lideri Delsi Rodrigez bildirib ki, 1 may tarixində maaşlarda dəyişiklik ediləcək:
“1 mayda artım edəcəyimizi elan edirəm. Bu, məsuliyyətli bir artım olacaq. Eyni zamanda, ölkənin imkanları artdıqca əməkhaqlarının davamlı şəkildə yaxşılaşdırılması istiqamətində addımlar atmağa davam edəcəyik:.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.