AZ

NBA də atasına məhsuldar ötürmə edən ilk basketbolçu oldu

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

“Los Anceles Leykers” komandasının oyunçusu Bronni Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində atasına məhsuldar ötürmə edən ilk oyunçu olub.

Yeniavaz.com xəbər verir ki, “Los Anceles Leykers” Bakı vaxtı ilə cümə axşamı NBA-in müntəzəm mövsüm oyununda “Qolden Steyt Uorriors” komandasını 119-103 hesabı ilə məğlub edib.

Bronni Ceyms ilk hissənin sonlarında atasına məhsuldar ötürmə edib.

Lebron Ceyms 26 xal, səkkiz ribaund və 11 məhsuldar ötürmə ilə oyunun ən yaxşı oyunçusu olub.

Bronni Ceyms isə 10 xal, bir ribaund və üç məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, bundan əvvəl martın 28-də Lebron Ceyms Bronni Ceymsə məhsuldar ötürmə etmiş və bu, NBA tarixində atanın oğluna məhsuldar ötürmə etdiyi ilk hadisə kimi qeydə alınmışdı.

Xatırladaq ki, 41 yaşlı Lebron Ceyms dördqat NBA çempionu, müntəzəm mövsümün ən yaxşı oyunçusu və pley-off seriyası finalın ən yaxşı oyunçusudur. O, topladığı xalların və keçirdiyi mövsümlərin sayına görə, NBA rekordçusudur. Hazırda bu, Ceymsin NBA-dəki 23-cü mövsümüdür.

21 yaşlı Bronni Ceyms isə 3 iyul 2024-cü ildə “Los Anceles Leykers”lə ilkin müqavilə imzalayıb. O, əvvəllər “Sierra Kanyon” Liseyinin komandasında oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr