AZ

Çin: Bu iki ölkə birləşməlidir

Çin Tayvanın müstəqillik səylərinə dözməyəcək.

Azreform.info xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin Pekində Tayvanın əsas müxalifət partiyası Kuomintang (KMT) partiyasının sədri Çenq Li-vunla görüşüb. 

Si bildirib ki, hər iki tərəfindəki bütün vətəndaşlar çinlidir və hər iki tərəfi "vahid Çinə" məxsusdur.

Si həmçinin Çinin uzun müddətdir davam edən, lakin Tayvan tərəfindən rədd edilən 
Tayvanın yenidən Çinə birləşməsinin zəruriliyini qeyd edən Si bildirib ki, KMT və Kommunist Partiyası siyasi qarşılıqlı etimadı gücləndirməli və vətənin yenidən birləşməsinə nail olmaq üçün birlikdə çalışmalıdırlar.

Çin lideri onu da bildirib ki, Tayvanın müstəqillik səyləri Tayvan boğazında sülhü pozan əsas amildir: “Biz buna qətiyyən dözməyəcəyik və ya göz yummayacağıq".
Çenq Li-vun isə öz növbəsində bildirib ki,  hər iki tərəfin səyləri sayəsində Tayvan boğazı potensial münaqişə mərkəzi olmayacağına və xarici müdaxilə üçün şahmat taxtasına çevrilməyəcək 

Mürtəza

Seçilən
14
2
azreform.info

3Mənbələr