Qəbələdə Azərbaycan və Ermənistan nümayəndələrinin dəyirmi masası başladı - FOTO - VİDEO
Qəbələ şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa başlayıb. 1news.az xəbər verir ki, “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində 2026-cı il 10–12 aprel tarixlərində Azərbaycanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək. Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il 8 avqust tarixində Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır. Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir. Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq. Xatırladaq ki, erməni nümayəndə heyəti bu gün Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib. Həmçinin oxuyun: “Sülh körpüsü”: Ermənistan nümayəndə heyəti quru sərhəddən keçərək Azərbaycana gəldi - FOTO - VİDEO